Hadisə

Bakıda ev yandı: xəsarət alanlar var

Bakıda ev yandı: xəsarət alanlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 7times.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.