Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az xəbər verir k, “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində yolu keçən 2001-ci il təvəllüdlü İsmayılova Sevda İlham qızını avtomobil vurub. Piyada zərbənin təsirindən digər avtomobilin üzərinə düşərək ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, baş beyinin ağır dərəcəli əzikləri travmaları, sol qasıq sümüklərinin yerdəyişən və sağ omba sümüyünün sınığı diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Follow @7timesaz