Cəmiyyət

Bakıda yol qəzasında 57 yaşlı qadının beli sınıb

Bakıda yol qəzasında 57 yaşlı qadının beli sınıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Nəcəfova Nəsibə Əliağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .