Ölkə

Bakının qəsəbələrində narkotik satan ata və oğul saxlanıldı

Bakının qəsəbələrində narkotik satan ata və oğul saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.