Hadisə

Balakəndə ikimərtəbəli ev yandı

Balakəndə ikimərtəbəli ev yandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə ikimərtəbəli ev tamamilə yanıb.

7Times.az xəbər verir ki, hadisə bu gün rayonun Qabaqçöl qəsəbəsində baş verib.

Belə ki, kənd sakini Mustafayeva Mədinə Bəşir qızına məxsus ,ümumi sahəsi 300 kv/m olan 7 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.