BMT-nin baş katibi Antoniu Quterreş Nyu-Yorkda keçirilən 80-ci Baş Assambleyanın açılışında çıxışı zamanı Azərbaycan və Ermənistanı nümunə göstərib.
7Times.az-ın məlumatına görə, Quterreş bildirib ki, bu il beynəlxalq aləmdə sülh proseslərinə dair mühüm addımlar atılıb.
O, Kamboca ilə Tailand arasında atəşkəsin əldə olunmasını və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında razılaşmanın imzalanmasını xüsusi vurğulayıb.
“Biz beynəlxalq hüquqa əsaslanan sülhü seçməliyik. Bu il Kamboca ilə Tailand arasında atəşkəs əldə olunub, Azərbaycan və Ermənistan isə ABŞ-ın vasitəçiliyi ilə razılaşmaya gəlib. Amma çoxlu böhranlar hələ də nəzarətsiz qalır. Cəzasızlıq hökm sürür, qanunsuzluq hər yerdə yayılır”, – deyə o qeyd edib.
BMT baş katibi həmçinin xəbərdarlıq edib ki, belə vəziyyətlər xaosa gətirib çıxara bilər və bu da terrorun güclənməsinə səbəb olacaq:
“Cavabdehlik azalır, qəbiristanlıqlar isə böyüyür”, – Quterreş vurğulayıb.
Follow @7timesaz