Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarda dəyişiklik edib.
7times.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri
“ADA” Universitetinin rektoru
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.
Follow @7timesaz