Siyasət

“Bayden Amerikanı məhv edir” – Tramp

“Bayden Amerikanı məhv edir” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Bayden keçən il yanvarın 6-da Tramp tərəfdarlarının Konqres binasına basqın etməsinin ildönümü ilə əlaqədar yerli medialardan birinə  açıqlama verib. 

7Times.az  xəbər verir ki, o, Trampın 2020-ci il seçkiləri ilə bağlı yalan bəyanat yaydığını və öz maraqlarını ölkəsinin mənafeyindən üstün tutduğunu ifadə edib:

“Tariximizdə ilk dəfə prezident seçkiləri nəinki uduzdu, həm də təcavüzkar kütlə Konqres binasına hücum etdi.  Ancaq uğursuz oldular. Demokratiyamız qalib gəldi, xalq qalib gəldi”.

Bundan sonra Donald Tramp Baydenin bu ifadələrinə öz internet səhifəsində cavab verib. 2020-ci il prezident seçkilərinin oğurlandığı iddiasını dilə gətirən Tramp, “Facebook” və “Twitter”in gizli böyük texnologiya şirkətlərinin seçkilərdə qanunsuz istifadə edildiyini iddia edib.

Baydenin açıq sərhəd və enerji siyasətləri ilə ABŞ-ı məhv etdiyini bildirən Tramp, “Ölkəmizin artıq sərhədləri yoxdur, COVID-ə nəzarət tamamilə itirilib, enerjidə müstəqil deyilik, ordumuz xaos içindədir. Amerika Baydenin zəhərli sərhədlərindən, rekord inflyasiyadan, Əfqanıstanda alçaldıcı təslim olmaqdan və artan cinayətdən əziyyət çəkir”, –  deyə Tramp yazıb.