Sabiq ABŞ Prezidenti Donald Tramp xələfi Co Baydenin Əfqanıstanla bağlı siyasətini tənqid edib.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Əfqanıstandakı vəziyyəti ABŞ-ın məğlubiyyəti adlandırıb.
“Co Baydenin Əfqanıstanda etdiyi şey əfsanədir. ABŞ tarixinin ən böyük məğlubiyyətlərindən biri kimi tarixə keçəcək”.
“Baydenin Əfqanıstanda yaşananlara icazə verdiyi üçün utanc içərisində istefa vermək vaxtı çatıb”.
Tramp həmçinin istefa vermək çağırışının vacib bir şey olmadığını söyləyib:
“Bu o qədər də vacib deyil. Çünki qanuni şəkildə seçilməyib”.
Qeyd edək ki, ABŞ-la Taliban arasındakı razılaşmaya əsasən, bu il beynəlxalq qüvvələrin Əfqanıstan çəkilmək prosesi başlayıb.
Bu prosesin davamı olaraq artıq ötən gündən etibarən Taliban bütün Əfqanıstanda nəzarəti ələ keçirib.
Follow @7timesaz