Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır deyiləm, hazırda onunla danışmaq üçün tutarlı səbəb yoxdur.
7Times.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Belə bir dünya lideri yoxdur ki, onunla razılığa gələ bilməyim, Putinlə isə danışıqlar aparmağa hazır deyiləm. Bunun üçün o, davranışını dəyişməlidir”, – Bayden bildirib.
Eyni zamanda Bayden qeyd edib ki, Rusiya prezidenti zəng etsə, onunla danışmağa hazırdır.
Follow @7timesaz