ABŞ Dövlət Departamentin sözçüsü Karine Jan-Pyer qeyd edib ki, Baydenin seçki kampaniyasını tərk etməyi düşünmədiyini əvvəllər onun seçki qərargahı da təsdiqləyib.
APA xəbər verir ki, ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçki kampaniyasından geri çəkilmək imkanını nəzərdən keçirmir. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.
“Qətiyyən yox. Düşünürəm ki, siz bunu birbaşa onun seçki qərargahından eşitmisiniz”, – deyə Jan-Pyer məsələ ilə bağlı suala cavab verib.
Follow @7timesaz