Dünya

Bayden xahiş etdi, Cənubi Koreya prezidenti mahnı oxudu – VİDEO

Bayden xahiş etdi, Cənubi Koreya prezidenti mahnı oxudu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden və xanımı Cil Baydenin dünən Ağ Evdə Cənubi Koreya Prezidenti Yon Suk Yeol və həyat yoldaşı Kim Keon Hee şərəfinə təşkil etdikləri şam yeməyində maraqlı anlar yaşanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Baydenin xahişi ilə Yon Suk “American Pie” mahnısını ifa edib.

Bayden səhnədə Yona “Biz bilirik ki, “American Pie” sizin sevimli mahnılarınızdan biridir” deyib. Yon isə “Məktəbdə oxuyanda ən çox sevdiyim mahnılardan biri idi” cavabını verib.

Bayden o zaman biz bu mahnını sizdən eşitmək istəyirik söyləyib.

Baydenin xahişindən sonra Yon mikrofonu götürərək mahnı oxuyub.

Bayden Yonun çıxışından sonra ona “American Pie” mahnısının müəllifi Don Maklinin imzası olan akustik gitara təqdim edib.