Dünya

Baydenlə Putinin təhlükəsizliyi neçəyə başa gəlib? – ŞOK RƏQƏM

Baydenlə Putinin təhlükəsizliyi neçəyə başa gəlib? – ŞOK RƏQƏMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin iyun ayında İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşün təhlükəsizliyini təmin etməyə təxminən 5 milyon 200 min İsveçrə frankı xərclənib.

7times.az xəbər verir ki, Novator.az bunu İsveçrənin “Le Temps” qəzetinə istinadən yazıb.

5 milyon 200 min İsveçrə frankı 5 milyon 623 min ABŞ dollarına bərabərdir.

Cenevrənin dövlət məmurları deyir ki, bu, ilkin qiymətləndirmədir, xərclərin hesablanması yaxın vaxtda tam başa çatacaq və ölkə rəhbərliyinə yekun hesabat təqdim olunacaq. Şəhər məsulları hesab edir ki, 5 milyon 200 min franklıq xərcin bir hissəsini ölkənin mərkəzi hakimiyyəti öz üzərinə götürməlidir.

“Le Temps” yazır: “Cenevrə dünya liderlərini qəbul etməyə öyrəşib. İyunda Bayden və Putinin iştirak etdiyi sammitdə hər iki tərəf təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunmasını istəmişdi. Bu səbəbdən Cenevrənin az qala bütün polis heyəti tədbirə cəlb olunmuşdu. Həmçinin ölkənin başqa bölgələrindən 800 polis əməkdaşı kömək üçün Cenevrəyə gətirilmişdi”.

Qəzet yazır ki, ordu da qıraqda qalmayıb, sammitin mühafizəsinə hərbçilər cəlb edilib.

ABŞ və Rusiya prezidentlərinin, həmçinin onları müşayiət edən nümayəndə heyətlərinin təhlükəsizliyi naminə iyunun 16-sı – görüşün keçirildiyi gün Cenevrənin sahilboyu ərazisi tam bağlanıb və kənar şəxslərin ərazidə hərəkətinə imkan verilməyib./modern.az/