Cəmiyyət

Bayram günlərində vaksinasiya davam etdiriləcək? – RƏSMİ MÖVQE

Bayram günlərində vaksinasiya davam etdiriləcək? – RƏSMİ MÖVQEbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramının tətil günlərində peyvənd məntəqələrinin fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

7times.az-ın xəbərinə görə, agentlikdən bildirilib ki, peyvənd məntəqələri bayram günlərində növbəlilik prinsipi ilə işləyəcək.

Lakin bazar günü məntəqələr bağlı olacaq.

Qeyd edək ki, vaksinasiya prosesinə nəzarəti Bakı şəhərində Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.