Cəmiyyət

BDU-nun SABAH qruplarında doqquz yeni ixtisas və ixtisaslaşma açılacaq – SİYAHI

BDU-nun SABAH qruplarında doqquz yeni ixtisas və ixtisaslaşma açılacaq – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-24-cü tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında doqquz yeni ixtisas və ixtisaslaşma açılacaq.

Bu barədə ali təhsil müəssisəsindən bildirilib.

SABAH qruplarında bakalavriat səviyyəsində mövcud doqquz ixtisasdan əlavə üç yeni ixtisasa (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Torpaqşünaslıq və aqrokimya) qəbul elan olunub.

2023-24-cü tədris ilindən bakalavriat səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslar aşağıdakılardır:

1. Biologiya müəllimliyi (mövcud)

2. Coğrafiya müəllimliyi (mövcud)

3. Fizika müəllimliyi (mövcud)

4. Hüquqşünaslıq (mövcud)

5. Kimya müəllimliyi (mövcud)

6. Kompüter elmləri (mövcud)

7. Psixologiya (mövcud)

8. Riyaziyyat müəllimliyi (mövcud)

9. Tarix müəllimliyi (mövcud)

10. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (yeni)

11. Biotexnologiya (yeni)

12. Torpaqşünaslıq və aqrokimya (yeni)

SABAH qruplarında magistratura səviyyəsi üzrə 2023-24-cü tədris ilindən altı yeni ixtisaslaşmaya qəbul elan olunub.

SABAH qruplarının yeni tədris ilindən magistratura səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslaşmaları aşağıdakılardır:

1. Jurnalistika (mövcud)

2. Kompüter elmləri və texnologiyaları (mövcud)

3. Ehtimal nəzəriyyəsi və statistika (yeni)

4. Əməliyyatların tədqiqi və sistemli təhlil (yeni)

5. Optimallaşdırma və optimal idarəetmə (yeni)

6. Nanohissəciklər fizikası (yeni)

7. Kimyəvi kinetika vəkataliz (yeni)

8. Molekulyar biologiya (yeni).