Dünyanın ən məşhur futbolçularından biri olan Devid Bekhemin oğlu Bruklin Bekhem hərəkəti ilə gündəm olub.
7Times.az Bakupost-a istinadla bildirir ki, 23 yaşlı Bruklin Bekhemin son hərəkəti həm atasının pərəstişkarlarını, həm də izləyicilərini şoka salıb.
Bruklin həyat yoldaşı Nicola Peltz ilə evliliklərinin üçüncü ildönümünü sosial media hesabında həyat yoldaşının çılpaq fotosunu paylaşaraq qeyd edib. Fotoda gənc qadın güzgü qarşısında çılpaq dayanaraq sinəsini əlləri ilə örtərək görünüb.
Brooklyn paylaşdığı fotoya “Bu fotonun üstündən 3 il keçdiyinə inana bilmirəm. Sanki səni bütün həyatım boyu tanıyırmışam. Digər yarım, mənim ən yaxşı dostum, mükəmməl həyat yoldaşım, ildönümümüz mübarək olsun. Mən bu həyatı sənsiz yaşaya bilməzdim”.
Foto qısa müddətdə minlərlə bəyənmə toplayıb.