Region

Belqorod vilayəti atəşə tutulub, ölən və yaralananlar var

Belqorod vilayəti atəşə tutulub, ölən və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhədyanı Şebekino şəhərinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

7Times.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“Bir mülki şəxs mərminin birbaşa mənzilə düşməsi nəticəsində həlak olub <…> İndiyə olan vəziyyətə əsasən üç nəfər yaralanıb”, – Qladkov qeyd edib.

Onun sözlərinə görə, daha bir zərərçəkmiş isə kontuziya alıb.

Region rəhbəri bölgənin atəşə tutulması sonucunda altı fərdi ev və 11 çoxmənzilli evlər daxil olmaqla doqquz avtomobilə, habelə elektrik xətlərinə ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.