İdman

Benzema penaltini qaçırdı, “Əl-İttihad” mübarizəni dayandırdı

Benzema penaltini qaçırdı, “Əl-İttihad” mübarizəni dayandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klublararası dünya çempionatının ikinci turunda Misirin “Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı ilə üzləşib.

Fanat.Az xəbər verir ki, Ciddə şəhərində baş tutan qarşılaşmada misirlilər rəqibini məğlub edib – 3:1.

Səudiyyəlilərin heyətində 90+2-ci dəqiqədə ulduz hücumçu Kərim Benzema fərqlənib. Ancaq fransalı 45-ci dəqiqədə, hesabda 0:1 geridə olarkən penaltini yerinə yetirə bilməyib.

90-cı dəqiqədə “Əl-Əhli” azlıqda qalıb.

Yarımfinalda misirlilər “Fluminense” ilə qarşılaşacaq. Qarşılaşma bazar ertəsi, dekabrın 18-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Digər yarımfinalda isə Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları qarşılaşacaq.