Ölkə

Bərdədə itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapıldı – YENİLƏNİB

Bərdədə itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapıldı – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14:58

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.

7Times.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bildirilib ki, qızın meyitinin qonşu tərəfindən həyətdə basdırıldığı müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır

———–
14:42

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

7Times.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.