Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin Bakı Dövlət Universiteti (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Onun vəzifədən çıxarılması AMEA prezidenti Ramiz Mehdyevin qız nəvəsinin toyunda iştirakı ilə əlaqələndirilir.
7times.az xəbər verir ki, məsələ ilə bağlı BDU-nun mətbuat katibi Günel Orucəliyeva açıqlama verib.
Açıqlamada bildirilir: “AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev parlament seçkilərindən sonra Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunub və qanunvericiliyə uyğun olaraq bir neçə ay bundan əvvəl Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən öz ərizəsi ilə azad edilib.
Bununla belə professor Bəxtiyar Əliyev Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir, BDU Elmi Şurasının üzvüdür”.teleqraf.com
Follow @7timesaz