Beyləqanda avtomobil oğurlayan keçmiş məhkum saxlanılıb

Beyləqan və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu ərazisindəki mal bazarının yaxınlığından avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Beyləqanda avtomobil oğurlayan keçmiş məhkum saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu ərazisindəki mal bazarının yaxınlığından avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7 Times-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Q. Həsənli saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.