Livanın Səhiyyə Nazirliyi Beyrut limanında baş verən partlayışda ölənlərin sayının artdığını bildirib.
7times.az “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, nazirliyin verdiyi məlumata görə həlak olanların sayı 158 nəfərə çatıb, yaralıların sayı isə 6000-i keçib.
Məlumata görə partlayışda 43 suriyalı, 6 Banqladeş vətəndaşı, 3 filippinli, 1 pakistanlı, 2 misirli və 13 erməni həlak olub.
Həmçinin Almaniyanın Livandakı səfirliyinin əməkdaşı və Niderlandın Livandakı səfirinin xanımı da həyatını itirib.
Qeyd edək ki, 4 avqust tarixində Beyrut limanında dəhşətli partlayış baş verib.
Follow @7timesaz