Ölkə

Bəzi insanlar cinsi əlaqə zamanı niyə boğulur? – CAVAB

Bəzi insanlar cinsi əlaqə zamanı niyə boğulur? – CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiana ştatı universitetinin psixoloqları cinsi əlaqə zamanı boğulmanın depressiya, narahatlıq, tənhalıq və kədər hissi ilə əlaqəli olduğunu müəyyən ediblər.

7Times.az bildirir ki, müvafiq araşdırmanın nəticələri “The Journal of Sex & Marital Therapy” jurnalında dərc olunub.

Sınaq subyektləri son 30 gündə və keçən il cinsi əlaqə zamanı boğulub-boğulmadığı barədə danışan 4000-dən çox insan olub. Tədqiqatçılar əlavə müqayisə üçün könüllülərin eyni dövrlərdə psixi vəziyyəti haqqında da məlumat toplayıblar.

Məlum olub ki, qadınların 33 və kişilərin 6 faizi 5 dəfədən çox boğulduğunu bildirib. Eyni zamanda, kişilər arasında narahatlıq istisna olmaqla, boğulma yuxarıda göstərilən psixi problemlərin dördü ilə əlaqələndirilirib.

“ABŞ-da gənclər arasında cinsi əlaqə zamanı boğulma tez-tez baş verir. Buna görə də bu cür cinsi təcrübələrin səbəb və nəticələrini müəyyən etmək vacibdir”, – müəlliflər qeyd edirlər.

Alimlər həmçinin respondentlərin xoşagəlməz halının əsas səbəbinin nə olduğunu öyrənmək niyyətindədirlər: boğulma və ya psixi problemlər./sfera.az