Ölkə

“BƏZİ QÜVVƏLƏR BİZƏ QARŞI SƏFƏRBƏR OLUNUB, ANCAQ…” – Səfər Mehdiyev kollegiya iclası keçirib

“BƏZİ QÜVVƏLƏR BİZƏ QARŞI SƏFƏRBƏR OLUNUB, ANCAQ…” – Səfər Mehdiyev kollegiya iclası keçiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsində keçirilən son kollegiya iclası gərgin şəraitdə keçib.  Bu  barədə “gununsesi.info” özəl mənbələrinə istinadəh məlumat yayıb.

Məlumatda bildirilir ki, əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə kollegiyaya gələn idarə və şöbə rəislərinin telefonları elə komitənin giriş qapısında alınıb.

Anti-korrupsiya əməliyyatlarından sonra kollegiya iclasını toplayan Səfər Mehdiyev bəzi açıqlamalar verib.

Olduqca gərgin görünən Səfər Mehdiyev onlara qarşı bəzi qüvvələrin səfərbər olduğunu deyib: ”Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.