Siyasət

“Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik” – Ağdama səfər etmiş rusiyalı politoloq

“Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik” – Ağdama səfər etmiş rusiyalı politoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış rusiyalı politoloq Sergey Markov bugünlərdə səfər etdiyi Ağdam şəhəri barəsindəki təəssüratlarını bölüşüb.

7times.az xəbər verir ki, “Facebook” səhifəsində gördüklərini anladan ekspert erməni vəhşiliyi qarşısındakı dəhşətini gizlətməyib.

“Ağdamdakı Mədəniyyət Evinin qalıqları. 200 min sakini olan çiçəklənən bir şəhər yerlə-yeksan edilib və 25 il ərzində boş qalıb. Onun sakinləri etnik təmizləmə və kütləvi qətl qorxusu ilə axırıncı nəfərinədək qaçıb və son qərinədə burada heç kim məskunlaşmayıb. İşğalçı şəhəri boş saxlayıb. Barbarlıq adamı sarsıdır. İnsanlıqdan əlini üzməyə başlayırsan. Ümid edirik ki, tezliklə sivilizasiya Ağdama qayıdacaq”, – deyə Markov bildirib.

Politoloq ermənilərin müsəlman dini ibadətgahlarına qarşı qeyri-insanı münasibətinə də toxunub. O, Ağdam məscidinin yanında aşkar etdiyi konyak şüşəsinin şəklini paylaşaraq, ermənilərin müsəlmanların dini hisslərini alçaltmaq məqsədi ilə uzun illər ibadətgahda donuz saxladıqlarını qeyd edib.

“Biabırçılıq! Bunlar xristianlar deyil. Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik”, – deyə ekspert əlavə edib./Oxu.az