Dünya

“Biz hamımız sözsüz ki, olduqca çətin vəziyyətdəyik” – Putin

“Biz hamımız sözsüz ki, olduqca çətin vəziyyətdəyik” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib.

7Times.az -ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir:

“Bizim həm İrəvan, həm də Bakı ilə böyük əlaqələrimiz var. Bunları nəzərə almamaq sadəcə mümkün deyil. Biz hamımız sözsüz ki, olduqca çətin vəziyyətdəyik. Lakin biz problemdən və bizə, Rusiyaya yaxın olan dövlətlərin aralarındakı ziddiyyətlərdən kənarda dura bilmərik və bu problemin sülh yolu ilə həllinə yardım etməyə hazırıq. Ümumilikdə biz, Cənubi Qafqazın sakit və stabil inkişaf edən region olmasında maraqlıyıq”.(APA)