“BMT Azərbaycan və Ermənistanı bölgədə təhlükəsizliyi təmin etməyə çağırır”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında deyib.
“BMT-nin Azərbaycanda və Ermənistanda olan missiyası yerlərdə səlahiyyətli orqanlar və beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağa davam edir. Baş katib bütün tərəfləri gərginliyi azaltmağa və bölgədə təhlükəsizliyi təmin etməyə çağırıb. Tərəflər arasında razılaşmaların əldə edilməsi üçün vasitəçilik səylərini dəstəklərini alqışlayırıq”, – təşkilat rəsmisi qeyd edib.
Follow @7timesaz