Dünya

BMT Təhlükəsizlik Şurasına bu ölkələr də üzv ola bilər

BMT Təhlükəsizlik Şurasına bu ölkələr də üzv ola bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış nitqi söyləyib.

Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir: “BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Fikrət Sadıqov söyləyib ki, BMT Təhlükəsizlik Şurası indiki reallıqlara cavab vermir.

“Prezident İlham Əliyev çox doğru qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasında çox ciddi islahatlar aparılmalıdır. Biz Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin yerinə yetirilmədiyinin şahidi olmuşuq. Yəni sözügedən qurum 30 il ərzində Ermənistan ordusunun Qarabağ ərazisindən çıxarılmasına nail ola bilmədi. Bunu sonda Azərbaycan özü həyata keçirdi. Yəni bir növ qətnamələri biz həyata keçirdik”, – deyə o bildirib.

 

F.Sadıqov vurğulayıb ki, Təhlükəsizlik Şurasının tərkibi genişləməlidir, çünki dünya 5 ölkədən ibarət deyil:

 

“Dünyada öz sözünü deyən və aparıcı rol oynayan bir çox ölkələr mövcuddur. Bunlara Türkiyə, Braziliya və Pakistan kimi ölkələri misal göstərmək olar. Qoşulmama Hərəkatına üzv olan ölkələr də BMT Təhlükəsizlik Şurasında yer ala bilər. Dünyada yeni reallıq yaranıb və ona görə də artıq adıçəkilən quruma yeni üzvlər qoşulmalıdır. Prezident İlham Əliyevin də bununla bağlı çıxışı çox doğru bir analizdir. Ölkə başçısı söylədiklərini çox gözəl faktlarla əsaslandırıb”.