Cəmiyyət

Boris Conson jurnalistikaya qayıdıb

Boris Conson jurnalistikaya qayıdıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson jurnalistikaya qayıdıb.

7Times.az xəbər verir ki, bu barədə məlumatı “Politico” yayıb.

Nəşrin məlumatına görə, sabiq Baş nazir Britaniyanın “Daily Mail” qəzetində köşə yazarı olaraq fəaliyyət göstərəcək. Onun qəzet üçün həftəlik yazı yazacağı gözlənilir.

Consonun bu fəaliyyətindən yüksək qonorar əldə edəcəyi bildirilir.

Xatırladaq ki, Boris Conson 2019-2022-ci illərdə Böyük Britaniyanın Baş naziri olub. O, daha əvvəllər “Times”, “The Daily Telegraph” kimi qəzetlərdə jurnalistika fəaliyyəti ilə məşğul olub.