Ölkə

BQXK-nin yük avtomobili Xankəndidən Ağdama qayıdıb

BQXK-nin yük avtomobili Xankəndidən Ağdama qayıdıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.

Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.

Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.