Maqazin

Brilliant Dadaşova Ehtiramı görüb ağladı – Video

Brilliant Dadaşova Ehtiramı görüb ağladı – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ehtiram Hüseynovu efirdə görüb kövrəlib.

Axşam.az xəbər verir ki, E.Hüseynov “Elgizlə izlə” proqramında olarkən Dadaşova canlı yayımla zəng vurub.

İfaçıdan danışan Dadaşova “Ehtirama verdiyiniz diqqətə görə çox sağ olun. Bütün müğənnilər qəlblərə yol tapa bilir (kövrəlir). Ehtiramı görəndə pis oluram. Biz bir xalq, mədəni cəmiyyət olaraq Ehtiram kimi sənətkarlarımıza dəyər, qiymət verməliyik. Ehtiram bizi düşündürə bilir. O bizim yadımıza salır ki, ruhumuz var. O bizim ruhumuzu dinləndirir. Onun ifasını göz yaşı tökmədən dinləyə bilmirəm” sözlərini söyləyib və ağlayıb.

Qeyd edək ki, E.Hüseynov uzun zamandır dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.