Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
7times.az xəbər verir ki, layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir: “Qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir”.
Qanun layihəsinə dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Follow @7timesaz