Ölkə

“Bu, ciddi siqnaldır…” – Deputat qəbul imtahanlarından danışdı

“Bu, ciddi siqnaldır…” – Deputat qəbul imtahanlarından danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əvvəlki dövrlə müqayisədə gənclərimizin daha az bal topladığının şahidi oluruq”.

7Times.az  bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, əvvəlki illərdə 400-700 aralığında bal toplayanlar daha çox idi:

“Amma, son illər bu göstərici azalıb. Bu gün artıq gənclərimiz 400 bal yox, 150 bal toplayırlar. Bu, ciddi bir siqnaldır. Biz əvvəlki illərdə də balları davamlı olaraq aşağı salmışıq”.

Deputatın sözlərinə görə, əgər belə davam edərsə, az müddət sonra abituriyentlər 100 balla da universitetə girə biləcək:

 

“Bu, çox ciddi məsələdir. Orta məktəblərdə tədrisin keyfiyyəti maksimum qaldırılmalıdır”.