Ölkə

“Bu, ədalətsiz yanaşmadır” – Ekspert yaşlı müəllimlərin sertifikasiyadan keçirilməsini tənqid etdi

“Bu, ədalətsiz yanaşmadır” – Ekspert yaşlı müəllimlərin sertifikasiyadan keçirilməsini tənqid etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda təhsil ictimaiyyəti və müəllimləri maraqlandıran əsas məsələlərdən biri də sertifikasiyadır. Xüsusilə yaşından asılı olmayaraq bütün müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı narazılıqlar zaman-zaman yenidən səslənir.

Sfera.az bildirir ki, bununla bağlı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi Qubad İbadoğlu bildirib ki, eyni tələbin bütün yaş qruplarına şamil edilməsi düzgün və ədalətli deyil:

“Elmi tədqiqatlara göstərir ki, 39 yaşdan sonra insanların uzunmüddətli yaddaşı sürətlə zəifləyir. Tibbi araşdırmalara əsasən, qadınlarda orta hesabla  52, kişilərdə isə 57 yaşdan sonra nəinki, uzunmüddətli yaddaş işləyir, hətta yaddaşda silinmə müşahidə olunur. Bu yaş qrupundan yuxarı olanlar yeni oxuduqlarının və gördüklərinin ən yaxşı halda 3-5 faizini yaddaşda saxlaya bilirlər. Belə olan halda hələ pensiya yaşına çatmayan, amma məktəbdə tədris və tərbiyə ilə məşğul olan biçarə müəllimlərdən imtahanda kurrikiliumun 50 faizdən çox mənimsəməsini gözləmək böyük ədalətsizliyə yol açacaq. Belə ki, işini itirənlərin böyük əksəriyyəti nə maaş, nə də pensiya ala bilməyəcək”.Q.İbadoğlu məsələnin yenidən dəyərləndirilməli olduğunu əlavə edib: “Ya da müəllimlər üçün pensiya yaşının aşağı salınmasını təklif edirəm”.