Manşet

Bu gün ad günü olan Tehran Mənsimov kimdir? – Qəhrəmanlıq yolu: DOSYE

Bu gün ad günü olan Tehran Mənsimov kimdir? – Qəhrəmanlıq yolu: DOSYEbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyatı

Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Orta təhsilini Qusar rayonunda alıb. 1989-cu ildə məktəbi bitirib. 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet ordusunun sıralarında hərbi xidmət keçib. Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq birinci Qarabağ Müharibəsinə yollanaraq müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq məktəbində kurs keçib və 1 il sonra isə leytenant rütbəsi alıb. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirərək birinci sırada təhsilini tamamlayıb.

 Hərbi xidməti

 Birinci Qarabağ Müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib.

2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət edib. 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirib. Daha sonra, 25 iyun 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışıb. 4 gün sonra, 29 iyun 2021-ci ildə bu vəzifəsindən azad edilib.

İkinci Qarabağ müharibəsində iştirakı

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlananVətən Müharibəsində fəal iştirak edib. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən olub. O medallarla təltif olunub.

Qeyd: Məlumatlar internet resurslarından götürülüb.

Kanal.az