Cəmiyyət

Bu gün neçə nəfər vaksinasiyadan keçib?

Bu gün neçə nəfər vaksinasiyadan keçib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda koronavirus əleyhinə 44 min 735 vaksin vurulub.

7times.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 39 min 414, ikinci mərhələ üzrə 5 min 321 nəfərdir.

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 900031 nəfər təşkil edir.