Manşet

Bu günə olan yoluxma sayı açıqlandı – 5 ölüm

Bu günə olan yoluxma sayı açıqlandı – 5 ölümbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 333559 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 323198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib, aktiv xəstə sayı 5465 nəfərdir.

Ölkədə son sutka ərzində 10254 hazırkı dövrədək isə 3496635 test aparılıb.