Ölkə

Bu il 240 maşın yanıb

Bu il 240 maşın yanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 6 ayı ərzində 240 nəqliyyat vasitəsi yanıb.

7Times.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.

O bildirib ki, statistikalara nəzər salsaq, 2023-cü ildə də 400 belə hadisə olub və 10 ölüm qeydə alınıb:

“Ötən il bu say 339-a düşüb və 1 ölüm halı olub. Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır”.