Aktual

Bu ölkə də Ukraynanın bir hissəsini ələ keçirmək istəyir – Aleksey Danilov

Bu ölkə də Ukraynanın bir hissəsini ələ keçirmək istəyir – Aleksey Danilovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ukraynada macarların kompakt yaşadığı Zakarpatye bölgəsini ələ keçirməyi planlaşdırır.

“Ölkə.Az” xəbər verir ki, bunu Ukryana Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov “ukraine.ru”ya açıqlamasında deyib.

O deyib ki, bu məqsədlə Macarıstan Rusiya ilə sıx əməkdaşlıq edir: “Macarıstan Rusiya ilə əməkdaşlığını açıq şəkildə bəyan edir. Üstəlik, ona ölkəmizə hücum olacağı barədə Putin tərəfindən əvvəlcədən xəbərdarlıq edilib”, – Danilov bildirib.

Onu da qeyd edək ki, Macarıstan Ukrayna tərəfinin bu iddiasını təkzib edib.