Gündəm

Bu ölkədə hökumət isti havada işləməyi qadağan edir

Bu ölkədə hökumət isti havada işləməyi qadağan edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya hökuməti həddindən artıq istidə açıq havada işləməyi qadağan edəcək.

7Times.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu İspaniyanın baş nazirinin müavini və əmək naziri Yolanda Diaz deyib.

“Şirkətlərin əməl etməli olduğu müəyyən tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi hüquqi dəyişikliklər edəcəyik. Onlardan biri hava şəraitinə uyğun olaraq iş saatlarının uyğunlaşdırılması olacaq”, – deyə nazir bildirib.

Diaz həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqlar (narıncı və qırmızı həyəcan) zamanı işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək təcrübələr tətbiq edəcəklərinivurğulayıb.

Ölkədəki quraqlıq problemini həll etmək üçün sol koalisiya hökumətinin sabah keçirəcəyi fövqəladə Nazirlər Şurasının iclasında bu məsələnin də müzakirə ediləcəyini qeyd edən Diaz, insanların iqlim dəyişikliyi ilə mübarizə üçün iş standartlarını da dəyişdirməli olduqlarını deyib.