Dünya

Bu ölkədə Tvitter qadağan olundu

Bu ölkədə Tvitter qadağan olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya hökuməti ölkədə “Twitter”ə daxil olmağı qadağan edib.

7times.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Nigeriyanın baş prokurooru və ədliyyə naziri Abubakar Malami əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, “Twitter” sosial şəbəkəsi ilə bağlı qadağanı pozanlar mühakimə olunacaq.

Baş prokuror, qayda pozanların dərhal şakarlanması və mühakimə olunması ilə bağlı müvafiq dövlət orqanlarına təlimat verdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın İnformasiya və mədəniyyət naziri Lai Mohammed “Twitter”in ölkədə iyunun 5-dən işinin dayandırıldığını elan etmişdi. Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən daim istifadə olunduğunu demişdi. Modern.az