Ölkə

Bu rayonlarda qaz KƏSİLƏCƏK – XƏBƏRDARLIQ!

Bu rayonlarda qaz KƏSİLƏCƏK – XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə 7Times.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, “Buzovna 101″ QPM-dən qidalanan ‘Yuxarı Şağan” xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.