İqtisadiyyat

Bu şəxslər Bakıda ayda 75 manat, kəndlərdə isə

Bu şəxslər Bakıda ayda 75 manat, kəndlərdə isəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən fərdi sahibkarların, sərbəst peşə sahiblərinin (çəkməçi, dərzi, saatsaz və s.) və torpaq mülkiyyətçilərinin sosial sığorta ayırmaları artdı – minimum əmək haqqının 250 manatdan 300 manata yüksəkdilməsi səbəbindən.

7Times.az xəbər verir ki, bu barədə ekspert Rövşən Ağayev deyib. Rövşən Ağayev bildirir ki, müstəqil ekspertlər tərəfindən dəfələrlə təklif edilməsinə baxmayaraq hökumət sosial sığorta ayırmalarının minimum əmək haqqına bağalanması mexanizmini aradan qaldırmadı:
“Halbuki əgər fərdi sahibkarların gəlirlərindən vergi onların gəlirlərinin həcminə bağlanıbsa, vergi oqranlarına gəlirlərin həcmi bəyan edilirsə və təqdim edilən vergi bəyannamələri əsasında onların dövriyyəsi, xərcləri və qazanclarına vergi nəzarəti təmin edilibsə, o halda sosial sığorta haqlarını gəlirə bağlamaqda problem nədir ki? Bəlkə hökumətin ildə bir neçə dəfə minimum əmək haqqını artırmaq məcburiyyəti yarana bilər, onda necə olacaq?

Minimum əmək haqqının artımı qeyd elədiyim kateqoriyalar üzrə sosial sığorta yükünü də 20% artırmış oldu. Məsələn, Bakı şəhərində ayda 62.5 manat ödəyən yanvarda artıq 75 manat ödəyəcək, kəndlərdə isə 32.5 manat pdəniş 39 manata yüksəldi.

Torpaq mülkiyyətçilərinə münasibətdə xüsusuilə ədalətsiz yanaşma var. Məsələn, islahat vaxtı 1 hektar torpaq ailənin mülkiyyət sənədində əmək qabiliyyəti yaşında olan 4 nəfərin adına bölünübsə, hazırda onların hər biri minimum əmək haqqının 2%-i qədər – yəni ayda 6 manat, ailə üzrə 24 manat, ildə 300 manata yaxın sığorta ödəməlidir. Amma tutaq ki, 4 hektar torpaq yalnız bir nəfərin adınadırsa, həmin torpaq sahəsinə görə 72 manat ödənəcək.

Doğrudur, bu nümunədə 1 hektara görə ödənişlər 4 nəfərin, 4 hektar torpaq isə cəmi 1 nəfərin sosial sığortasını təmin edir. Əgər bizim hazırkı qanunvericilikdə həmin şəxslərdən hansınınsa pensiya yaşına çatmayacağı halda varislərinin bu ödəmələrin müəyyən hissəsinin geri ala biləcəyi mümkün olsa idi, bəlkə də hazırkı sosial sığorta yükünü ədalətsiz saymamaq olardı.

Üstəgəl, kiçik torpaq sahələri olan ailələr adətən yoxsul ailələr olur, hər ay 25-30 manat sığorta ödəməsi, bir də minimum əmək haqqı artdıca, həmin məbləğin bir az da yüksəlməsi sosial baxımdan problemli məsələdir.
Hər halda torpaq mülkiyyətçiləri üçün sığorta yükünü fərdi sahibkarlarda olduğu kimi gəlirlərə bağlamaq bir qədər mürəkkbədir. Amma maraqlı tərəflərin və peşəkar mütəxəssislərin iştirakı və dünya təcrübəsi əsasında daha obyektiv bir mexanizm tapıla bilər”.