Oktyabrın 1-dən ali təhsil müəssisələrində birinci kurslar üçün dərslər başlayır. Bu gün müzakirə olunan məsələ aztəminatlı ailələrin universitetlərdə təhsil alan övladlarının xərclərin və təhsil haqqının ödənilməsi məsələsidir. Bir çox dünya ölkələrində tələbələrə gündəlik xərclərinin ödəməsi üçün minumum əmək haqqı qədər təqaüd verilir. Biz də də aztəminatlı ailələrin ali təhsil müəssisəsində təhsil alan övladlarına minumum əməhhaqqı qədər təqaüd verilə bilərmi?
7times.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat deputat Ceyhun Məmmədov bildirib ki, bu gün dövlət səviyyəsində aztəminatlı ailələrlə bağlı bir neçə sərəncamlar və mühüm qərarlar var:
“Bildiyiniz kimi pandemiya dövründə də 20 min tələbəni əhatə edən mühüm sərəncam imzaladı. Eyni zamanda universitetlərin özündə güzəştlər var. Dövlət tərəfindən bu istiqamətdə çox mühüm işlər görülüb. Əlbəttə ixtisas seçimində tələbələr özləri də təhsil haqqını nəzərə almalıdır.
Öz imkanları daxilində olan ixtisas və universitetləri seçə bilərlər. Əlbəttə, universitetlər də təhsil haqqını müəyyənləşdirən zaman orta əmək haqqını nəzərə almalıdır.Bu gün təhsil haqqı ilə vətəndaşların əmək haqqı və gəlirləri ilə mütənnasiblik olmalıdır.
Sizin dediyiniz məsələ yəni aztəminatlı ailələrin övladlarına təhsil aldıqları dövürdə minimum əmək haqqı məbləğındə maaş verilməsi məsələsinə baxıla bilər və gələcəkdə nəzərdən keçilə bilər. Hesab edirəm ki, bu istiqamətdə dövlət tərəfindən bütün zəruri addımlar atılır. Ayrı-ayrı dövlət qurumları və strukturlarda əhaliyə kömək durmaq üçün üzərlərinə düşən üçün öhdəsindən gəlməyə çalışırlar”.
Follow @7timesaz