Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla KTMT arasında münasibətlərin geri dönüş nöqtəsini keçdiyini bildirmişdi. Yəni, İrəvanın KTMT-yə qayıtmayacağına eyham vurmuşdu.
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri qiymətləndirməklə məşğuldur.
“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan “Factor.tv”-yə müsahibəsində İrəvanın KTMT ilə münasibətlərinə toxunub.
O deyib ki, Ermənistanın hələ də rəsmən KTMT-nin üzvü olaraq qalmasına və təşkilat tərəfindən qəbul edilmiş bütün sənədləri imzalamasına baxmayaraq, KTMT-də heç bir formatda iştirak etmir: “Ermənistan heç bir prosesə daxil deyil və KTMT daxilindəki prosedurlarda heç bir formatda iştirak etmir”.
“AzPolitika.info”
Follow @7timesaz


