Siyasət

Cahit Bağcı Qubaya səfər edib – Fotolar

Cahit Bağcı Qubaya səfər edib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.

7times.az xəbər verir ki, səfir bununla bağlı sosial şəbəkə hesabında fotolar paylaşıb.

Səfir Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.

“1918-ci ildə 2000-dən çoox insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kütləvi məzarlar 2007-ci ildə Quba şəhərində tapıldı. Eynilə Vandakı Zeve kəndi kimi”, – səfir qeyd edib.

Soyqırımı memorialını ziyarət edən C.Bağcı şəhidlərin məzarını ziyarət etməyi də unutmayıb:

“Quba şəhərində şəhidlərimizə salam verdik, fatihə oxuduq. Bizi qarşılayan balalarla tanış olduq və bayramlarını təbrik etdik”.

Səfir Quba məscidini də ziyarət edib:

“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb”.