Manşet

Can alıb can satanlar… – VİDEO

Can alıb can satanlar… – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 Günlük Qarabağ savaşında bütün millət bir yumruq kimi birləşib bir məram bir məqsəd uğrunda mübarizə apardı. Amma bu tarixi zəfər yürüşümüzü öz çirkin fürsətlərinə alət edənlər də az olmadı.

Məsələn o həssas günlərdə can alıb can satan  Səfərbərlik Və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti.Vətəndən böyük nə var? O günlər ən ali vətəndaşından ən adi vətəndaşına qədər bir cəbhədə idi. Bir yumruq kimi birləşib Qarabağ qədər tale yüklü dərdimizi döyüş meydanında canımız və qanımız bahasına həll edirdik. Siz isə can alıb can satırdız. Hərbi qulluqçuların təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək, səfərbərliyə cəlb olunan çağırışçıları xidmətdən yayındırmaq və buna bənzər çox qaranlıq işlərlə mövcudiyyətin vərdiş halında heyrətləndirdiz bizləri. Sadəcə qələbəmizə xələl gəlməsin deyə  bəzi həqiqətləri çılpaqlığı ilə yazıb nəql etmək istəmirik.

Səfərbərlik Və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək həbs edildi.Ondan əvvəl isə qurumun Füzuli rayon Hərbi Komissarlığının 3-cü şöbəsinin rəisi eyni əmələ görə hbps edilmişdi. Onlar bu cinayət əməllərini 44 günlük vətən mübaribəsi zamanı etmişdir.

Daha sonra  prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanmışdı. Aşkarlanmış bu bir neçə fakt sizin güzgüdəki əksiniz idi. Abad kənd tüstüsündən bəllidir. Hansı rayon şöbənizdəki xidməti fəaliyyətiniz fərqlidirki? Şamaxı rayon komissarlığındamı yoxdu bu hallar? Yoxsa Sumqayıt? Yosxa Qəbələ, İmişli,Biləsuvar, Ağsu, Ağstafa, Lənkaran, Astara. Müharibə vaxtı ali baş komandan qismən səfərbərlik elan etmişdi. Bizə həqiqətən maraqlıdır. O səfərbərliyə neçə məmur övladı cəlb edilmişdi?

Müharibə vaxtı öz pensiyasını boğazından kəsib Silahlı Qüvvələrə Yardım fonduna ianə edən 86 yaşlı Gülavər nənəni xatırlayırsız yəqin ki. Şükürlər olsun ki, ordumuzun Gülavər nənənin ianə etdiyi o pula ehtiyacı yox idi. Amma Gülavər nənə o gün orduya bağışladığı qəpik-quruşla vətən qarşısındakı sədaqətini isbat etdi. Amma sizin əksər komissarlarınız ordunu əsgərlə təmin edən bir qurumu can bazarına çevirməklə öz vətənləri qarşısında Gülavər nənə qədər üstün ola bilmədilər.

Bir dəbdəbəli evdən şəhid çıxmadı. Və yaxud bir şəhidin dəbdəbəli evin görmədik. Niyə? Bu qədər kütləvi təsadüfmü olar?Şəhid çıxan bütün evlər demək olar ki, bir-birinə bənzəyirdi. Köhnə, az qala istismara yarasız, damı sınıx-salxaq, balaca daxmalar. Tabutlar zorla girirdi şəhid çıxan o evlərin qapılarından. İnsan izdihamı qarşısında o balaca daxmalar tamamilə itib batırdı. Bəzi şəhid dəfnlərində mənzillər o qədər uyğunsuz idi ki, tabutları həyətlərdə qoyub vidalaşırdılar ailələri. Əksər şəhid evlərinin həyətləri dəfndən əvvəl daşla cınqılla biraz abadlaşdırılırıb qismən abırlı hala gətirilirdi. Ayıb olmasın deyə, görən olmasın deyə, qınanmasın deyə, fərq hiss olunmasın deyə…