Siyasət

Cavid Qurbanovun Xankəndi açıqlaması… – Ermənilərə hansı mesaj verildi?

Cavid Qurbanovun Xankəndi açıqlaması… – Ermənilərə hansı mesaj verildi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dəmir Yolları idarəsinin rəhbəri Cavid Qurbanov deyib ki, Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir. Cavid Qurbanovun mövzuyla bağlı sonuncu cümləsi də maraqlıdır: “Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.

7times.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, əlbəttə, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər:

“Bu o deməkdir ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və vətəndaşlarımız bu şəhərə rahat gedib-gələcəklər. Cavid Qurbanovun Xankəndiyə dəmiryolunu çəkilməsiylə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır ki, biz şəhərimizə qayıdacağıq. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir”.

“Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün 1) bölgədəki separatçılar tərksilah olunmalıdırlar; 2) bölgədəki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu ikisi reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının Xankəndiyə gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir”, – deyə Elxan Şahinoğlu açıqlamanı şərh edib.