Siyasət

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

7times.az-ın xəbərinə görə, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.

“Dəyərli qardaşım – Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, – deyə M. Çavuşoğlu qeyd edib.