Siyasət

Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib

Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

Eyni zamanda nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar.